Cümə , 29 Mart 2024
Drone Cameras

Bakı ilə Türkmənbaşı limanları arasında görüş keçirilib

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı nümayəndələri arasında videoformatda görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və iştirakı ilə keçirilən görüşdə əsas etibarilə konteyner daşımalarında əlaqələrndirmə və əməkdaşlıq məsələləri, bütövlükdə Türkmənbaşı – Bakı – Poti marşrutu ilə yükdaşımalar, habelə İT tətbiqi məsələləri müzakirə olunub.

Bununla yanaşı, iki ölkənin dəniz limanları arasındakı əməkdaşlığın bundan sonrakı hədəflərinə dair müzakirələr aparılıb. Pandemiya dövründə yüldaşımalarda sanitariya epidemiologiya, sərhəd, gömrük xidmətləri arasında yaxından əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Hər iki limanın rəhbəri Xəzər regionu ölkələri arasında qarşılıqlı əməkdaşlıq və yardımlaşmanın inkişafına tərəfdar çıxaraq nəqliyyat dəhlizinə yüklərin cəlb olunmasının vacibliyini bildiriblər.

Check Also

Bakı, Gəncə və Sumqayıtda ən təhlükəli vəziyyətdə olan binaların sayı açıqlanıb

Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina var. Boyukmillet.com …