Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında əməliyyat keçirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, “Pençe-Kaplan” əməliyyat zonasında iki PKK terrorçusu zərərsizləşdirilib.

Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı əsgərləri Avaşin bölgəsində PKK terror təşkilatının 4 üzvünü tərksilah ediblər.

Onlarla birlikdə çoxlu sayda silah və sursat arsenalı aşkar edilib, snayper tüfəngləri, pulemyotlar, qumbaraatanlar, əl qumbaraatanları, rabitə vasitələri ələ keçirilib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …