Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycan Ordusunun döyüş maşınları heyətlərinin yarışı keçirilir

Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarında “Ən yaxşı PDM-2, PDM-3 və ZTR-82A heyəti” adı uğrunda yarış keçirilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyətin döyüş hazırlığını yüksək səviyyədə saxlamaq məqsədilə keçirilən yarış dörd mərhələdən ibarətdir.

Fiziki hazırlıq, atəş hazırlığı və sürücülük üzrə tapşırıqları icra edən hərbi qulluqçular, yarışın qaydalarına uyğun olaraq fərdi və heyət şəklində normativləri də yerinə yetirirlər.

Yarış noyabrın 4-dək davam edəcək.

Check Also

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …