Bərdə rayon 10 saylı bağça müdirəsi Leyla Məmmədovanın təşəbbüsü ilə Zəfər gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə Leyla Məmmədova çıxış edərək bu fikirləri səsləndirib.
Bu gün bütün Azərbaycan Zəfər gününü qeyd edir. Əsirlər boyu Azərbaycan xalqı tarixin ən şərəfli səhifəsini yazmışdır. Xalqımız əzimkarlığını, məğlubedilməzliyini, qüdrətli bir dövlət olduğunu bir daha düşmənə sübut etdi. Ali Baş Komandan prezident İlham Əliyevin rəhbərliyi ilə, şanlı ordumuz 44 günlük vətən müharibəsində qalib gələrək tariximizə yeni bir zəfər əlavə etdi. Zəfər günün mübarək mənim Azərbaycanım, mənim qüdrətli xalqım!
Daha ətraflı təqdim edəcəyimiz videoda.
Boyukmillet.com həmin tədbirdən görüntüləri təqdim edir:
Ayna Tağıyeva