Bazar , 22 Sentyabr 2024
Drone Cameras

Emin Həsənli: “Bu, Ermənistanın təslim olduğunun etirafı idi”

“Azərbaycan Vətən müharibəsində çox böyük nailiyyət, tarixi Qələbə əldə etdi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz çox böyük, tarixi uğura imza atdı və Azərbaycan dövləti, Azərbaycan xalqı bu müharibədən alnıaçıq, üzüağ çıxdı”.

Boyukmillet.com xəbər verior ki, bunu bayraqdar.info-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

İşğalçı Ermənistan üçün kapitulyasiya aktı sayılan və 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatı dəyərləndirən E.Həsənli deyib ki, Ermənistan 30 ilə yaxın müddətdə beynəlxalq hüququ heçə saymış, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməmişdi: “Amma rəşadətli Azərbaycan Ordusu düşməni darmadağan edərək, bu qətnamələrin icrasını təmin etmiş oldu. Ermənistanın Rusiyanın vasitəçiliyi ilə 10 noyabr Bəyanatını imzalaması işğalçı ölkənin təslim olduğunun etirafı idi”.

Dünya tarixində bu cür hadisələrin olduğunu xatırladan ekspert bildirb ki, müharibədə məğlub olan tərəf öz üzərinə müəyyən öhdəliklər götürür və bu öhdəlikləri yerinə yetirir: “Ermənistan da məlum Bəyanatın imzalanması ilə üzərinə müəyyən öhdəliklər götürüb. Artıq bu öhdəliklərin bir qismi yerinə yetirilib. Belə ki, Ağdam, Kəlbəcər və Laçın döyüşsüz Azərbaycana təhvil verildi. Bununla həm də Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etmiş oldu. Yəni, Vətən müharibəsinə qədər Ermənistan rəhbərliyi Azərbaycana meydan oxuyur, sülh üçün işğal altındakı torpaqlarda hansısa “rejimlə” razılığa gəlməyin lazım olduğunu iddia edirdi. Amma 10 noyabr Bəyanatını imzalayaraq üzərinə öhdəliklər götürən və 3 rayonu döyüşsüz Azərbaycana təhvil verən Ermənistan bununla, əslində işğalçının məhz özü olduğunu nümayiş etdirdi”.

“Hesab edirəm ki, həmin Bəyanatın digər bəndləri də həyata keçiriləcək. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması da tezliklə təmin ediləcək. Ermənistan bu Bəyanatın bütün bəndlərinə əməl etməlidir və edəcək. Çünki bu ölkənin başqa çıxış yolu yoxdur”-, deyə müsahibimiz əlavə edib.

Emin Həsənli bildirib ki, lakin bununla da iş bitmir. Belə ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı torpaqlarımızda törətdiyi cinayət əməllərinə görə cavab verməli, həm hüquqi, həm də maddi baxımdan bunun bədəlini ödəməlidir.

Check Also

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 10-da Batumi şəhərində Türkiyənin milli …