Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Deputat: “İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi misilsiz xidmətlərinə verilən layiqli qiymətdir”

“Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması onun şəxsiyyətinə göstərilən böyük diqqətin daha bir bariz nümunəsidir”.

Onun sözlərinə görə, bu təltif həm də Azərbaycan Prezidentinin ərazilərimizin işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir: “Bildiyiniz kimi, Azərbaycan 2019-2021-ci illərdə Türk Şurasına uğurla sədrlik edib. Bu dövr ərzində isə Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsi, türkdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərib. Ölkəmizin sədrliyi dövründə Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilib, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulub. Hesab edirəm ki, bu, çox ciddi nəticə və uğurdur”.

Cavid Osmanov

Cavid Osmanov

Deputat Azərbaycanın Türk Şurasına sədrliyinin ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf etdiyini vurğulayıb: “Bu dövr ərzində Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın Qarabağdakı Zəfəri isə türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb”.

C.Osmanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib: “Prezident İlham Əliyevin nümayiş etdirdiyi liderlik xüsusiyyətləri, diplomatik məharət, Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə həyata keçirdiyi prinsipial, ardıcıl və qətiyyətli siyasət dünya miqyasında, o cümlədən türkdilli xalqlar və Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi bunu bir daha göstərir. Məhz Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin diplomatik səyləri və məharəti nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırıldı, erməni yalanları beynəlxlaq miqyasda ifşa olundu, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Ayrı-ayrı dövlətlər Ermənistanın işğalçılıq siyasətini pislədilər və Azərbaycanın haqq işinə dəstək verdilər. Hesab edirəm ki, Vətən müharibəsində qələbənin əldə ediməsində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əhəmiyyəti misilsizdir”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …