Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

ATƏT sədri Ceyhun Bayramovla regiondakı vəziyyəti müzakirə edib

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ann Linde tviter səhifəsində yazıb.

Telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub.

“Mən tərəfləri deeskalasiya prosesinə davam etməyə çağırdım. Minsk qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, – ATƏT sədri bildirib.

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …