Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

“Ana Vətən Türkiyə hər zaman yanımızdadır” – Ersin Tatar

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Türkmənistanın paytaxtı Aşqabadda düzənlənən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısında Quzey Kıbrıs Türk Cümhuriyyətinin səsi olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana öz adından və Kıbrıs Türk xalqı adından təşəkkür edib.

Boyukmillet.com xəbər verir ki,  Ersin Tatar bunları deyib:

“Kiprdə federal həllin mümkün olmadığını gördükdən sonra Cenevrədə ilk dəfə danışıqlar masasına qoyduğumuz iki ayrı suveren dövlətə əsaslanan həll təklifimiz gündəmdə qalarkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında çıxış etdi. Çıxışda “bütün dost və qardaş ölkələrə KKTC-nin həll baxışını qərəzsiz qiymətləndirmək” çağırışları bizə güc verdi. Prezident Ərdoğan çıxışında həmçinin Kıbrıs türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydiyyata alınmasının həllin açarı olduğunu ifadə edərək, xalqımızın məruz qaldığı ədalətsiz embarqoların aradan qaldırılmasına çağırıb”.

Ersin Tatar qeyd edib ki, Prezident Ərdoğan 22 sentyabr 2021-ci ildə BMT-nin 76-cı Baş Assambleyasının iclaslarında və 12 noyabr 2021-ci ildə Türk Şurası Dövlət Başçılarının 8-ci Zirvə toplantısında etdiyi çıxışlarda və çağırışlarda Kıbrıs Türk xalqının səsi olarkən, Ana Vətən Türkiyənin hər zaman Kıbrıs Türk xalqı ilə KKTC-nin yanında olduğunu bildirib: 

“Hər zaman və hər şərtdə Kıbrıs Türk xalqı ilə KKTC-nin yanında olan, yardım əlini uzadan və dəstəyini əsirgəməyən Prezident Ərdoğana şəxsən öz adımdan və xalqım adından dərin və səmimi duyğularımla təşəkkür edirəm. Kıbrıs Türk xalqı hər zaman Ana Vətən Türkiyə ilə birlikdə yürüməyə davam edəcək”.

Check Also

Gürcüstan Prezidenti: Parlamentin iclası Konstitusiyaya ziddir

Parlamentin ətrafına çox sayda polis qüvvələri cəmlənib Gürcüstan Prezidenti Salome Zurabişvili 11-ci çağırış parlamentin ilk …