Şənbə , 3 May 2025
Drone Cameras

Aşıq Ələsgərin Bakıda abidəsi ucaldılacaq

Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Boyukmillet.com  xəbər verir ki, sərəncam Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Sərəncama əsasən, Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılacaq.

Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

Eyni zamanda Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Check Also

Mərdəkandakı Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işləri üçün vəsaitin ayrılması haqqında …