Bazar , 8 Fevral 2026
Drone Cameras

Baş prokurorun birinci müavini helikopter qəzası ilə bağlı aparılan istintaqdan danışıb

“Hazırda Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib.

Onun sözlərinə görə, şahidlərin dindirilməsi davam edir: “Eyni zamanda, meyitlərin daxili və xarici müayinəsi tamamlanıb. Hazırda intensiv qaydada istintaq hərəkətləri davam etdirilir”.

E.Məmmədov əlavə edib ki, ilkin məlumat barədə heç bir fikir bildirmək olmaz: “İstintaq nəticələri tədqiq olunmalıdır. Qara qutu hadisə yerindən götürülüb. Tədqiqatın nəticəsi və istintaqın gedişindən asılı olaraq ictimaiyyətə açıqlama veriləcək”.

Check Also

Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird həbs olunub

Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com-un məlumatına görə, …