Bazar ertəsi , 21 Aprel 2025
Drone Cameras

Azad olunan ərazilərdə aşkarlanan mədəniyyət abidələrinin sayı açıqlanıb

“Keçən il oktyabrın axırından Prezident İlham Əliyevin təsis etdiyi monitorinq qruplarında Mədəniyyət Nazirliyinin əməkdaşları da təmsil olunurlar”.

Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən il noyabr ayından etibarən monitorinqlər davam etdirilir: “Monitorinqlər nəticəsində işğaldan azad edilən ərazilərdə tarix mədəniyyət abidələrimiz, eləcə də mədəniyyət müəssisələrimiz aşkar edilir. Təxminən, 400-ə yaxın mədəniyyət abidəsi, 160-a yaxın yeni tarixi mədəniyyət abidəsi aşkar edilib. Eyni zamanda, 800-dən çox mədəniyyət müəssisəsinin yerləri müəyyənləşdirilib. Təəssüflər olsun ki, tarix-mədəniyyət abidələri və müəssisələrinin 90-95%-nin vəziyyəti acınacaqlıdır, demək olar ki, tamamilə dağıdılıb. Bu da bizim üzərimizə böyük öhdəlik qoyur ki, bunların hamısını yenidən bərpa edək. Monitorinqin nəticələrinin təhlili bitəndən sonra beynəlxalq təşkilatlara müraciət edəcəyik. Məqsədimiz Ermənistanın bu vəhşiliklərə və qəsdən Azərbaycanın mədəni-tarixi abidələrinin dağıtmasına görə məsuliyyətə cəlb edilməsinə nail olmaqdır”.

Check Also

Lökbatan qəsəbəsindəki “VİP LOMBARD” vətəndaşa fırıldaq gəlib – ŞOK FAKTLAR

Azərbaycanda lombardlarda kredit faizləri olduqca yüksək olsa da, əksər vətəndaşlar məcburiyyətdən bu xidmətdən yararlanırlar. Lombard …