Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Lufthansa” Bakıya birbaşa reysləri bərpa edib

Uzun fasilədən sonra “Lufthansa” aviaşirkəti Bakıya Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa müntəzəm reyslərini bərpa edib.

Bu barədə “Boyukmillet.com”  Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bu ilin yayınadək reyslər Tbilisi hava limanında qısamüddətli dayanmaqla yerinə yetirilirdi. Noyabr ayından başlayaraq aviaşirkət yenidən Bakıdan Frankfurta və geriyə birbaşa müntəzəm reyslər təklif edir. Aviaşirkət öz sərnişinlərinə həftədə 4 reysədək təklif edir –bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri Bakıdan uçuş saat 04:45-də və çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri Bakıya gəliş saat 21:30-da həyata keçiriləcək.

Təyyarə tipi – “Airbus A320”, iki xidmət sinfi mövcuddur.

«Biz, “Lufthansa Group” aviaşirkətləri uçuşlarımızın coğrafiyasını tədricən genişləndiririk və Azərbaycandan olan müştərilərimizə yenidən Bakıdan Frankfurta və daha sonra bütün dünyaya birbaşa müntəzəm reysləri təklif etməyə şadıq. Biz, həmçinin Bakı-Frankfurt marşrutunun gələcək inkişafına nikbin baxır və müştərilərimizi hava gəmilərimizdə yenidən salamlamaq imkanını səbirsizliklə gözləyirik», – Karsten Tsanq, “Lufthansa Group”un Ukrayna, Belarus, Türkmənistan və Cənubi Qafqaz üzrə Baş direktoru deyib.

«COVID-19 pandemiyasının başlanmasınadək Avropanın ən böyük qovşaqlarından biri olan Frankfurta birbaşa müntəzəm reyslər yerinə yetirən ”Lufthansa” aviaşirkəti bizim çoxillik tərəfdaşımızdır. Biz şadıq ki, istər Azərbaycanda, istərsə də Almaniyada uğurlu peyvəndləmə proqramları sayəsində və karantin məhdudiyyətlərinin tədricən yumşalması nəticəsində sərnişinlərə bu tələb olunan istiqaməti yenidən təqdim edə biləcəyik», – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirdi.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …