Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Qarabağda istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara güzəştlər ediləcək

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlər müəyyən ediləcək.

Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncamla Nazirlər Kabinetinə bu istiqamətdə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Check Also

Naxçıvana yeni Baş nazir təyin olunub

Naxçıvan Muxtar Respublikasına (MR) yeni Baş naziri təyin olunub. “Report”un yerli bürosu xəbər verir ki, …