Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırdılar. Onun siyasətinin gücü nədə idi?!
Heydər Əliyevin uğuru, gücü, siyasi uzaqgörənliyində, müdrikliyində, qətiyyətliliyində, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbirliliyində, bir sözlə, fenomenal şəxsi keyfiyyətlərində idi.
Bu dahi siyasətçi zərgər dəqiqliyi ilə, ölçülüb-biçilmiş qərarlar qəbul edirdi. Onun fəaliyyəti haqsız yerə “təftiş” ediləndə belə irad tutulması, “nöqsan deyiləsi” olan bir fakt belə tapa bilməmişlər. Yarım əsrlik siyasi fəaliyyətin qızıl qaydası çoxları üçün təəccüblü idi. Təəccüb və möcüzələr, başqalarını şok vəziyyətinə salan faktlar yüzlərlədir. Elə bu keyfiyyətlər onu başqalarından fərqləndirirdi.
Allah ULU ÖNDƏİMİZƏ rəhmət eləsin!!!
Sadiq Xəlilov