Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda “iç-içə” evlərin inşası qadağan olunub

Azərbaycanda yaşayış binalarında otaqların və mətbəxin hündürlüyü 2,7 m-dən az olmamalıdır.

Boyukmillet.com xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Bundan başqa, sənədə əsasən, mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmamalıdır.

Mənzildaxili dəhlizlərin, holların, antresolların (və onların alt hissələrinin) hündürlükləri insanların hərəkətinin təhlükəsizliyini təmin etmək şərtilə 2,1 m-dən az olmamalıdır.

Həmçinin mənzillərdə yataq otaqları digər otağa keçid kimi layihələndirilməməlidir.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …