Bazar , 8 Fevral 2026
Drone Cameras

Azərbaycanın vitse-prezidentlərinə ömürlük diplomatik pasport veriləcək

“Pasportlar haqqında” qanuna dəyişiklik edilir.

Boyukmillet.com-un xəbərinə görə, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.

Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrinin icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin toplantısında müzakirə edildikdən sonra plenar iclasa tövsiyə olunub.

Check Also

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən …