Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Azərbaycan Gürcüstanla ədliyyə sahəsində memorandum imzalayacaq

Gürcüstanın ədliyyə naziri Rati Breqadze Avropa Şurasının İtaliyada təşkil etdiyi konfrans çərçivəsində azərbaycanlı həmkarı Fikrət Məmmədovla görüş keçirib.

Boyukmillet.com verir ki, bu barədə gürcü nazir “İmedi” telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, görüş zamanı hər iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib: “Görüş çox səmimi keçdi. Nazirliklər arasında memorandumun imzalanması planlaşdırılır. Sənəd yəqin ki, ən geci fevral ayında imzalanacaq. Biz memorandumla tənzimlənməli olan yeni sahələri də müəyyən etdik”.

Check Also

İran daha 20 neft tankerinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ-a 20 tanker neft verəcək. Boyukmillet.com xəbər …