Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Azərbaycan şahmatçıları Avropa çempionatında 5 medal qazanıb

Azərbaycan şahmatçıları məktəblilər arasında Avropa çempionatında 5 medal qazanıb.

Federasiyanın mətbuat xidmətindən  verilən məlumata görə, yarış koronavirus pandemiyası üzündən onlayn qaydada keçirilib.

13 yaşlı qızların mübarizəsində Nərmin Abdinova final görüşündə 1.5:0.5 xal hesabı ilə qələbə qazanaraq qızıl medala layiq görülüb.

15 yaşlı oğlanların qrupunda Şiroğlan Talıbov finalda məğlub olmaqla gümüş medalla kifayətlənib. Xaqan Əhməd isə eyni əyarlı medalı 10 yaşlı oğlanlar arasında qazanıb.

11 və 10 yaşlı qızların yarışında müvafiq olaraq Lalə Hüseynova və Əsnəd Vəliyeva bürünc medal əldə edib.

Qeyd edək ki, ümumilikdə, final mərhələsində Azərbaycanın 9 şahmatçısı mübarizə aparıb. Çempionat iki mərhələ üzrə Tornelo oyun platformasında təşkil olunub.

Check Also

Yeni tədris ilində Naxçıvandakı orta məktəblərdə 52 mindən çox şagird təhsil alacaq

2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında orta məktəblərdə 52 mindən artıq şagird təhsil alacaq. Bu …