Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Qazaxıstan Senatı ölüm hökmünün ləğvi haqqında qanunu qəbul edib

Qazaxıstan parlamentinin yuxarı palatası olan Senat ölkədə ölüm hökmünün ləğvi haqqında qanun layihəsini qəbul edib.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, layihəyə əsasən, Cinayət Məcəlləsinin bütün maddələrindən ölüm hökmü ilə bağlı müddəalar çıxarılıb.

Qeyd olunub ki, bundan sonra ölkədə ən ağır cəza ömürlük həbs olacaq.

Prosedura görə, qanun Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzalamasından sonra qüvvəyə minəcək.

Qeyd edək ki, 2021-ci ilin yanvarında Qazaxıstan BMT-nin “Ölüm cəzasının ləğvinə yönəldilmiş mülki və siyasi hüquqlar haqqında Beynəlxalq pakta İkinci Fakültətiv protokol”unu ratifikasiya edib.

Xatırladaq ki, 2003-cü il dekabrın 17-də Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev ölüm hökmünün ləğvi ilə bağlı qərarın qəbuluna qədər cəzaların icrasına müddətsiz moratorium qoyulması haqqında fərman imzalayıb. Fərman 2004-cü il yanvarın 1-dən qüvvəyə minib.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …