44 günlük savaşdan sonra ölkəmiz onun sayəsində yeni bir dövrə qədəm qoydu – Türkiyədə yaşayan azərbaycanlı jurnalist
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük savaşdan sonra Azərbaycanın yeni bir dövrə qədəm qoymasına səbəb oldu. Qarabağımızın işğaldan azad olunması, ardınca işğaldan azad olunan ərazilərdə başlayan bərpa və quruculuq işləri onun qətiyyəti sayəsində baş tutdu. İşğaldan azad olunan ərazilərə Müzəffər Ali Baş Komandan kimi səfərlər etməsi, yaradılmaqda olan şəraitlə şəxsən özünün tanış olması, Cıdır düzündə etdiyi çıxış bütün bunlar hamısı onun ənənəyə sadiqliyindən və gələcəyə olan dərin inamından xəbər verir. Bu gün harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı onunla fəxr edir və keçirdiyi fəxarət hissinə görə yerdən göyə qədər də haqlıdır. Ulu Tanrı zəfərimizi əbədi etsin! Müzəffər Ali Baş Komandanımıza daha da böyük zəfərlər nəsib etsin!
Bu sözləri Ankarada yaşayan azərbaycanlı yazıçı – jurnalist, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyə təmsilçisi Dr.Oktay Hacimusalı deyib. Onun sözləörinə görə, 2003 – cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra atdığı hər addımda ölkə başçımız ölkəmizin mənafeyini. vətəndaşlarının durumunu və gələcəyə ümidlə və inamla baxmalı olduğunu düşünüb və görülən bütün işlər bu əsas hədəflərə köklənib.
Oktay Hacımusalı bildirib ki, dövlət başçımızın səbrlə, əzmlə həyata keçiridiyi islahatlar nəticəsində bu gün ölkəmiz sabitlik, sülh və əminamanlıq ölkəsi kimi tanınır, hər kəs bunu etiraf etmək məcburiyyətində qalır ki,Azərbaycan regional və qlobal lahiyələrin ən önəmli tərfdaşıdır: “Azərbaycan olmasa heç bir regional və qlobal proseslər tam olmaz, ola da bilməz.
Bu da heç şübhəsiz cənab Prezidentin qətiyyəti sayəsində baş verir. Bu imic formalaşana kimi Azərbaycan hansı yollardan keçib, nələrdən vaz keçərək gəlib bu günlərə gəlib çatıb, hər halda bunları sadalamağa ehtiyac yoxdur.
Amma bunu xüsusi ilə vurğulamaq lazımdır ki, sabaha inamla və qətiyyətlə baxan, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmamış olsaydı. bu gün böyüyən, inkişaf edən, qüdrətli və müzəffər Azərbaycanın mövcudluğu sual işarəsi altında olardı.
Azərbaycan öz itirilmiş ərazilərini geri qaytara bilməz, dünya hərb tarixinə adını yeni nəsil müharibədə qalib gələn ölkə kimi yazdıra bilməzdi. Əminəm ki, bu gün Ulu öndərin ruhu şaddır və bizlərə miras qoyub getdiyi Azərbaycanın əmin əllərdə olmasına baxıb sevinir.
Biz də öz növbəmizdə ölkə başçımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edir, ona cansağlığı arzulayır və gələcək işlərində yeni – yeni müvəffəqiyyətlər diləyirik.”