Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Müdafiə Nazirliyinin rəsmisi Azərbaycan Ordusunun keçirdiyi təlimlərdən danışıb

“Bu il Azərbaycan Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələri və Əlahiddə Ümumqoşun Ordusunun qüvvələrini cəlb edilməsi ilə yeni texnologiydan istifadə edərək onların tədqiqi ilə komanda-qərargah taktiki, taktiki xüsusi və simulyasiya təlimi keçirilib”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında deyib.

“Bundan başqa, hərbi qulluqçularımız Rusiya, Qaxaxıstan və İranda keçirilən beynəlxalq səviyyəli yarışlarda, eləcə də Türkiyə, Pakistan, Gürcüstan və ölkəmizdə keçirilən müxtəlif təyinatlı beynəlxalq tədirlərdə iştirak ediblər. Ölkə daxilində 27, ölkə xaricində 178 beynəlxaq kusrda şəxsi heyətin iştirakı təmin edilib”, – o vurğulayıb.

Check Also

Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü qeyd edilib

Sentyabrın 26-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mərkəzi aparatında Respublika Hərbi Prokurorluğunun, Bakı Hərbi Prokurorluğunun əməkdaşlarının …