Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Saakaşvili naməlum istiqamətdə aparılıb

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin xanımı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko bildirib ki, siyasətçi Qori şəhərindən naməlum istiqamətdə aparılıb.

Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbərinə görə, Yelizaveta Yasko bu barədə feysbukdakı hesabında yazıb.

“Məlumat var ki, Mixeil Saakaşvilini Qoridən çıxarıblar! Naməlum istiqamətdə! Vəkillər onun Qoridə olmadığını təsdiqləyiblər! Onun vəziyyətini və aparıldığı istiqaməti heç kim bilmir!”, – Yasko sosial şəbəkədəki hesabında yazıb.

Çərşənbə axşamı Yasko siyasətçinin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …