Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Boyukmillet.com xəbər verir ki, Prezidentə ünvanlanan təbrik məktubunda deyilir:
Cənab Prezident, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi Sizə öz səmimi ehtiramını bildirir!
Siz 60 illik yubileyinizə xalqımızın müasir tarixinə parlaq səhifə yaza bildiniz. Sizin planlarınızı həyata keçirmək bacarığınız, əsgərlərimizin qəhrəmanlığı sayəsində tarixi torpaqlarımızı azad etdik.
Bu, Azərbaycanın dirçəlişinin yeni dövrüdür. Sizi və xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir, qarşıdan gələn ildə ən xoş arzularımızı çatdırırıq.
Dərin hörmətlə BUAK – sədri Rövşən Tağıyev