Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Prezident yanında İctimai Palatanın yaradılması təklif edilir

Azərbaycanda Prezident yanında İctimai Palatanın yaradılması təklif edilib.

Boyukmillet.com xəbər verir ki, bu təklifi Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda keçirilən “dəyirmi masa”da irəli sürüb.

Onun sözlərinə görə, Azərbaycanda ictimai nəzarətin hüquqi əsasları var: “Lakin ictimai nəzarətin bir institut olaraq formalaşması başa çatmayıb”.

Ə.Nuiyev bildirib ki, ictimai nəzarət bütün dövlət qurumlarını əhatə etmir: “Dünyada bununla bağlı müxtəlif təcrübələr mövcuddur. Bunlardan biri Prezidentin yanında İctimai Palatanın yaradılmasıdır. Bu ən yaxın ünsiyyət və problemləri ən dəqiq şəkildə çatdırmaq imkanı deməkdir. Bu sayədə ayrı-ayrı sektorlarda vəziyyəti müzakirə etmək olar. Hesab edirəm ki, palatanın tərkibi media, ayrı-ayrı sahələrin mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət olmalıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib ki, cəmiyyətdə ictimai nəzarətin gücləndirilməsi üçün ab-hava yaradılmalıdır. Dövlət başçısı vurğulayıb ki, ictimai nəzarətin hansısa institusional formatı işlənilməlidir.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …