Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Səlcuq Bayraktar Azərbaycanın ən böyük texnologiya müsabiqəsinə qoşulmaq çağırışı edib

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar bu il Azərbaycanda keçiriləcək “Texnofest-2022” festivalı ilə bağlı çağırış edib.

Boyukmillet.com xəbər verir ki, Səlcuq Bayraktar texnoloqları müsabiqəyə qoşulmağa çağırıb.

“Bir millət, iki dövlət və birlikdə daha güclü bir gələcək üçün tək festival Azərbaycanın ən böyük texnologiya müsabiqəsinə gec olmadan sən də qoşul”, – Bakraktar sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, texnologiya, elm, rəqabət festivalı mayın 26-da başlayacaq və mayın 29-dək davam edəcək. “Texnofest-Azərbaycan” çərçivəsində keçiriləcək yarışmalara qeydiyyatlar artıq başlayıb.

Check Also

DİM təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət etdi

Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə …