Cümə , 22 Noyabr 2024
Drone Cameras

Qarabağa avtobus bileti satışının detalları açıqlanıb

“Qarabağa səfər bileti almaq üçün yolumuzqarabaga.az saytında yalnız vətəndaş şəxsiyyət vəsiqəsindəki məlumatları daxil etmək lazım olacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə çıxış edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

“ASAN loqin vasitəsi ilə sayta daxil olanlar üçün məlumat daxil etməyə ehtiyac yoxdur. Vətəndaş digər şəxs üçün bilet almaq istəyirsə bu zaman onun şəxsiyyət vəsiqəsinin FİN kodunu yazması kifayətdir”, – o qeyd edib.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik idarəsinin rəis müavini Eldəniz Məmmədov isə bildirib ki, səfərlərlə bağlı bir sıra işlər görülüb: “İlkin olaraq bütün səfərlər müşayiətlə həyata keçirəcək. Vətəndaşlar azad olunmuş ərazilərə daxil olmamış son duracaqda onlar tabletlər vasitəsilə bir daha yoxlanacaq və polis əməkdaşı avtobusa əyləşəcək. Səfər onun iştirakı ilə təşkil ediləcək”.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …