Daha əvvəl V.Zelenski debatların “Olimpiyski” stadionunda keçirilməsi və canlı yayımlanması üçün P.Poroşenkonun qarşısında şərt qoyub. O, həmçinin prezidentliyə namizədlərin çıxışdan öncə qanda alkoqolun və ya narkotikin olub-olmamasını müəyyənləşdirmək üçün tibbi müayinədən keçməsini tələb edib.
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Ukraynanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, aktyor və şoumen Vladimir Zelenski birinci turda 30,24 faiz səs toplayıb. P.Poroşenko isə 15,95 faiz səs yığıb. “Olimpiski” stadionu 70 min tamaşaçı tutumuna malikdir.