Cümə , 17 Yanvar 2025
Drone Cameras

Poroşenko Zelenskinin “Olimpiyski” stadionunda debata çağırış dəvətini qəbul edib

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Boyukmillet.com xəbər verir ki, P.Poroşenko bu barədə şəxsi “Twitter” hesabında yazıb. O, rəqibini arenada gözlədiyini qeyd edib: “Debatın qaydaları prezident seçkiləri haqqında qanunda yazılıb – oxuyun, lütfən. Debatlar ictimai televiziyanın bazasında keçirilməklə digər telekanallar vasitəsilə on milyonlarla insan üçün yayımlana bilər. Amma stadion deyirsinizsə, olsun. Sizi gözləyirəm, Vladimir Aleksandroviç”.

Daha əvvəl V.Zelenski debatların “Olimpiyski” stadionunda keçirilməsi və canlı yayımlanması üçün P.Poroşenkonun qarşısında şərt qoyub. O, həmçinin prezidentliyə namizədlərin çıxışdan öncə qanda alkoqolun və ya narkotikin olub-olmamasını müəyyənləşdirmək üçün tibbi müayinədən keçməsini tələb edib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Ukraynanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, aktyor və şoumen Vladimir Zelenski birinci turda 30,24 faiz səs toplayıb. P.Poroşenko isə 15,95 faiz səs yığıb. “Olimpiski” stadionu 70 min tamaşaçı tutumuna malikdir. 

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir