Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Yeni icra başçısı kollektivə təqdim olunub

Abşeron Rayon İcra Hakimiyyətinin yeni başçısı Abdin Fərzəliyev kollektivə təqdim olunub.

Boyukmillet.com xəbər verir ki, onu Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavinlərindən biri təqdim edib.

Tədbirdə PA rəsmisi çıxış edib və ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrini çatdırıb. A.Fərzəliyev ona göstərilən etimada görə təşəkkür edib.

Bununla da A.Fərzəliyev Abşeronun icra başçısı kimi səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 19-da imzaladığı sərəncamla İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Abdin Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və Abşeronun icra başçısı təyin edilib.

Check Also

Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək

Maliyyə icarəsi (lizinq) sahəsində fəaliyyət göstərmək istəyən təşkilatlar Azərbaycan Mərkəzi Bankında (AMB) yaradılacaq reyestrdə qeydiyyatdan …