Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycanda yeni idman federasiyası yaradılıb

Azərbaycanda yeni idman federasiyası yaradılıb.

Boyukmillet.com-un məlumatına görə, bu, Qış İdman Növləri Federasiyasıdır.

Federasiyanın prezidenti Fuad Nağıyev, baş katibi isə Günel Bədəlova seçilib.

Yeni federasiyaya dağ xizəyi, snou boldinq, xizək alpinizmi və fiqurlu konkisürmə növlərinin inkişafı ilə məşğul olacaq.

Gənclər və İdman Nazirliyində keçirilmiş təsis konfransından sonra F.Nağıyev jurnalistlərə bildirib ki, Azərbaycan Dağ Xizəyi Federasiyası və Fiqurlu Konkisürmə Federasiyası ləğv olunub. Eyni zamanda yeni federasiyanın nizamnaməsində dəyişiklik edilib.

Check Also

Messi Argentina millisində karyerasını bitirdi

Lionel Messi Argentina millisindən ayrılıb. O bu barədə sosial media hesabında məlumat verib. Messi bildirib …