“Müasir Azərbaycan gənci dünənlə müqayisə olunmayacaq dərəcədə inkişafdadır”.
O bildirib ki, bu günün Azərbaycan gənci daha məğrur, daha müzəffər və daha çox vətənpərvərdir: “Bu da təbii ki illərdir gənclərlə bağlı aparılan düzgün siyasətin nəticəsidir. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə fevralın 2-nin Gənclər Günü elan edilməsi, gənclərə dövlətin diqqət və qayğısını əks etdirən çoxsaylı dövlət proqramlarının həyata keçirilməsi, Gənclər Fondunun yaradılması və həyata keçirilən digər işlərin qayəsində məhz Azərbaycan gəncliyinin inkişafına töhfə vermək durub. Nəticə isə göz qabağındadır. Tarixi qələbənin əldə olunmasında Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşmış gəncliyin rolu danılmazdır. Məhz bu gənclər bizim illərdir həsrətində olduğumuz Qarabağı bizə qaytardı”.
“Müasir gənclər bütün sahələrdə özlərini təsdiqləyir və hamıya sübüt edir ki, Azərbaycanın gələcəyi əmin əllərdədir. Gənclərin dövlət idarəçiliyinə cəlb olunması, ölkənin ictimai, sosial, iqtisadi və mədəni həyatında önəmli rol oynaması da bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin hər il nümunəvi gəncləri mükafatlandırması, onlara göstərilən diqqət və qayğı bir daha deməyə əsas verir ki, müasir gənclik Azərbcaycan gənci olması ilə fəxr etməlidir”, – deputat vurğulayıb.