Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Prezident mükafatıçısı: “Gənclər Forumu gənclər üçün yol xəritəsi oldu”

“Prezident mükafatı ilə təltif edilməyim mənim üçün çox sevindirici və qürürverici bir hissdir. Gənclər sahəsindəki fəaliyyətimi dəyərləndirildiyi üçün Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Belə bir ali mükafatla təltif olunmaq və görülən işlərə şəxsən Prezident tərəfindən qiymət verilməsi bir gənc olaraq mənim üçün çox şərəfli hissdir”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Gənclər Təşkilatları Milli Şurasının sədri, 2022-ci il Gənclər üçün Prezident mükafatıçısı Azər Əliyev deyib.

O bildirib ki, gənclərin mərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var: “Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Bu gün tam əminliklə deyə bilərəm ki, ulu öndər Heydər Əliyev tərəfindən miras qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən gənclər siyasəti indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyətin həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan gəncləri isə öz növbəsində bu qayğını yüksək qiymətləndirir, öz məsuliyyətini dərk edir və Prezidentin ətrafında sıx birləşiblər. Bütün bunları nəzərə almaqla tam inamla demək olar ki, bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb və bu uğurlar davam etdirilir”.

A.Əliyev vurğulayıb ki, Gənclər Təşkilatları Milli Şurası 26 ildir ki, fəaliyyət göstərir və ətrafında 143 gənclər təşkilatını birləşdirir: “Şura olaraq əsas missiyamız və məqsədimiz gənclər təşkilatlarının inkişafı və birlikdə fəaliyyətlərin təşkilidir ki, bununla da gənclərlə də işimizin əsaslarını təmin edirik. Çünki gənclər təşkilatları nə qədər aktiv və nəticəyönümlü fəaliyyətlər göstərsələr, bir başa gənclərin inkişafına töhvə vermiş olacaqlar. Biz daima üzv və tərəfdaş gənclər təşkilatları ilə koordinasiyalı şəkildə çalışıb gənclər üçün faydalı görüşlər və layihələr həyata keçirməklə onların inkişafına şərait yaratmışıq. Məhz, 2 fevral – Gənclər Günü ilə əlaqədar keçirilən Gənclər Forumu biz gənclər üçün bir yol xəritəsi idi. Bu görüşdən sonra gənclər olaraq bizim qarşımızda dayanan əsas vəzifə milli, mənəvi dəyərlərimizə söykənərək daima vətənimizin inkişafı üçün, gələcək nəsillərin rifahı üçün çalışmaqdan ibarət olmalıdır”.

Qeyd edək ki, fevralın 2-si Azərbaycanda Gəncləri Günü kimi qeyd olunur. Bu il Azərbaycan Gəncləri Gününün təsis olunmasından 25 il keçir. Ötən gün Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Forumda iştirak edib. Dövlət başçısı forumda çıxış edib. Sonra forum işini müzakirələrlə davam etdirib.

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 1-də “2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir neçə gəncə 2022-ci il Gənclər üçün Prezident mükafatları verilib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …