Abşeron rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Həsənova Şəhanə İsmixan qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ incik sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
