Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Zakir İbrahimov: “Kəlbəcərin “Tutxun” yatağında mərhələli axtarış işlərinə hazırlıq gedir”

“AzerGold” QSC tərəfindən işğaldan azad edilmiş ərazilərdə mövcud olan əlvan metal yataqları ilə bağlı aparılan araşdırmalar çərçivəsində Kəlbəcər rayonunun cənub-şərqində Tutxun çayı hövzəsində yerləşən eyniadlı yataqda mərhələli axtarış işlərinin aparılması üçün ötən ilin payızından müvafiq işlərə başlanılıb.

Boyukmillet.com xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ümumilikdə təqribən 300 kvadrat kilometlik ərazidə yerləşən “Tutxun” yataqlar qrupu və cinah ərazilər – Oruclu, Başlıbel, Xanlanlı, Əsrik və digər sahələrdə nəcib metalların mərhələli axtarışı məqsədi ilə müvafiq prosedurlar icra edilib: “Yataq üzrə 2021-2024-cü illəri əhatə edən geoloji-kəşfiyyat proqramı çərçivəsidə tədqiqat işləri davam etdirilir. Eyni zamanda süni peyklərdən hiperspektral görüntülərin alınması, onların işlənilməsi, tədqiqatlarının icrası üçün müasir normalara cavab verən məsafədən (qeyri-invaziv) tədqiqatların yerinə yetirilməsi məqsədi ilə müvafiq işlər görülməkdədir”.

O bildirib ki, “Tutxun” yataqlar qrupu və cinah sahələrdə geoloji-kəşfiyyat işlərinin aparılması məqsədilə sözügedən ərazilrin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməsi istiqamətində də müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır.

Check Also

Ağdərə-Nəsirvaz filizləşmə sahəsində axtarış-kəşfiyyat quyusu qazılıb

Naxçıvan Muxtar Respublikasındakı Ağdərə-Nəsirvaz filizləşmə sahəsində 251 paqonmetr dərinliyində axtarış-kəşfiyyat quyusu qazılıb. Boyukmillet.com xəbər verir …