Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Nəcməddin Sadıkov qəza törədib və cərimələnib

Azərbaycan müdafiə nazirinin sabiq birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkov qəza törədib.

Boyukmillet.com xəbər verir ki, fevralın 7-də 90-AS-020 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində N.Sadıkov hadisə üzrə təqsirli bilinib:

“İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi üzrə onun barəsində protokol tərtib olunub. Hadisə qanunvericiliyin tələbələrinə uyğun olaraq sənədləşdirilib. Digər nəqliyyat vasitəsində dəymiş ziyan ödənilib. Nəcməddin Sadıkov barəsində tərtib olunmuş cəriməni ödəyib”.

Check Also

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs …