Çərşənbə axşamı , 6 May 2025
Drone Cameras

Biləsuvarda şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı olub

Biləsuvar rayonunun Çaylı kəndində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin açılışı olub.

“Report”un Muğan bürosunun məlumatına görə, tədbirdə müharibə əlilləri, veteranlar, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edənlər şəhidlərin keçdiyi döyüş yolundan söhbət açıblar.

Həmçinin şəhidlərin məzarları ziyarət edilib.

Qeyd edək ki, Biləsuvar rayonunun Çaylı kəndi Vətən müharibəsində 7 şəhid verib.

Check Also

Xarici İşlər Nazirliyinin Əsasnaməsi və strukturu təsdiqlənib

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident …