Bazar ertəsi , 23 Noyabr 2026
Drone Cameras

İon dənizində yanan gəmidə olan Türkiyə vətəndaşları xilas edilib

İon dənizinin Yunanıstan sahillərində yanan gəmidə itkin düşən Türkiyə vətəndaşları tapılaraq xilas edilib.

Boyukmillet.com xəbər verir ki, xilas edilərək Korfu adasındakı otelə yerləşdirildikdən sonra pasportları itirilən Türkiyə vətəndaşlarına Komotini Baş Konsulluğu tərəfindən müvəqqəti pasport verilib.

Bərədəki 23 Türkiyə vətəndaşı avtobusla Korfu adasından İstanbula yola düşüb.

Qəza fevralın 18-də gəminin anbarında baş verib. Gəmidə 239 sərnişin və 51 ekipaj üzvü olub, sərnişinlərin əksəriyyəti Korfu adasına təxliyə edilib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …