İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) nümayəndə heyyəti Ukraynada səfərdədir.
Səfər çərçivəsində İSBAM rəhbərliyi Nikolay vilayətində olublar. Burada 416-cı Taqanroq Azərbaycan Diviziyasının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Qeyd edək ki, İkinci Dünya müharibəsində bu ərazilərdə minlərlə azərbaycanlı faşizmə qarşı mübarizədə, qəhrəmancasına həlak olubdur.
Abidə Birləşmiş Ukrayna Azərbaycanlıları Konkresinin Nikolay vilayət təşkilanın sədri Yunus Əliyev tərəfindən hazırlanıb.
İSBAM sədri Samir Adıgözəlli, sədir müavini Natiq Bədəlov və icraçı direktor Şahin Həsənov, vilayət təşkilatının sədri Yunus Əliyevlə birlikdə abidəni ziyarət edərək, önünə gül çələngi qoyublar. Ondan sonra İSBAM rəhbərliyi vilayətdə Azərbaycan diasporunun fəalları ilə görüşüblər.
Ayna Fərhad
Boyukmillet.com