Bazar , 15 Noyabr 2026
Drone Cameras

Aİ Ukraynaya 450 milyon avroluq silahlar verəcək

Avropa İttifaqı (Aİ) Ukraynaya 450 milyon avro məbləğində dəyərində öldürücü silahlar verəcək.

“Tammiqyaslı müharibə davam etdiyi üçün biz Ukraynanı dəstəkləmək üçün hər şeyi etmək istəyirik, qərara gəldik ki, Ukrayna ordusuna 450 milyon avro dəyərində ümumi dəstək paketi və daha 50 milyon qeyri-silah yardım paketi – yanacaq, qoruyucu vasitələrlə yardım göstərmək üçün imkanlarımızdan istifadə edək”, – Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

Borrelin sözlərinə görə, bütün bunlar Avropa Fondunun imkanları hesabına qarşılanacaq. “Tarixdə ilk dəfədir ki, biz bunu edirik və hamı bununla razılaşdı, ən azı bu qərara mane olmadılar”, – ali nümayəndə vurğulayıb.

O, həmçinin bu materialların Ukraynaya çatdırılması üçün öz xidmətlərini təklif edən Polşaya təşəkkür edib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …