Cümə , 22 Noyabr 2024
Drone Cameras

Albaniya Millətlər Liqasında Rusiya ilə oynamaqdan imtina edib

Albaniya millisi UEFA Millətlər Liqasında Rusiya yığması ilə oynamaqdan imtina edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Olta Caçka açıqlama verib.

Nazir iyunda planlaşdırılan matç daxil olmaqla, Rusiyaya qarşı bütün idman qarşılaşmalarının ləğv olunacağını bildirib.

Qeyd edək ki, bu komandalar B Liqasının II qrupunda mübarizə aparacaqlar. Rusiya ilk turda iyunun 2-də səfərdə Albaniya ilə üz-üzə gəlməlidir. Daha əvvəl FİFA beynəlxalq oyunlarda Rusiya bayrağı və himninin istifadəsini qadağan edib

Check Also

17 yaşlı futbolçu Neymarın rekordunu qırıb

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, 17 yaşlı …