Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın hücumları ilə bağlı son durumu açıqlayıb

“Rusiya işğalçıları tempi azaltsa da, Ukraynada müxtəlif istiqamətlərdə uğur əldə etməyə səy göstərirlər”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın hərbi və mülki obyektlərə hava hücumları davam edib: “Beynəlxalq humanitar hüququ pozan işğalçılar Ukraynanın Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına raket zərbələri endiriblər. Bütün hallarda Rusiyanın hərbi əməliyyatlarla bağlı cəhdləri uğursuz olub”.

Nazirliyin informasiyasına görə, fevralın 28-də Ukrayna ordusunun artilleriya atəşi nəticəsində Rusiyanın hərbi texnika və canlı qüvvəsindən ibarət 5 karvan məhv edilib.

“Düşəmən demoraliza olunub və böyük itkilər verir. Onlar arasında fərarilik və tabesizlik halları artıb. İşğalçılar bizdən qorxur. Ukraynanın müdafiəsi gücləndirilib”, – Ukrayna Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik eyni zamanda fevralın 24-dən 28-dək Rusiyanın verdiyi itkiləri də açıqlayıb. Qeyd olunub ki, hesabat dövründə Rusiya 29 hərbi təyyarə, 29 helikopter, 191 tank, 816 zirehli texnika, 74 döyüş topu, 1 “BUK” zenikt-raket kompleksi, 291 avtomobil, 2 gəmi/qayıq, 5 300 canlı qüvvə itirib.

Check Also

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat …