Ukraynaın Odessa şəhərində cəmləşən 6 yük nəqliyyat vasitəsinin Moldovaya keçidi təmin edilib.
Boyukmillet.com xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və ABADA-nın aidiyyatı qurumlarla apardığı danışıqların nəticəsi olaraq, bu gün də Odessa limanı ərazisində olan sürücülərin eyni istiqamətə yola düşməsi gözlənilir.
Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərim təxliyəsi istiqamətində də işlər görülür. Həmin sürücülərlə mütəmadi olaraq əlaqə saxlanılır. Onların qayğıları ilə maraqlanılır. ABADA rəhbərliyinin tapşırığı ilə yanacaq problemi yaşayan bəzi sürücülərin bu problemi də həll edilib.
Ötən gün Xarkov şəhərinin atəşə tutulması nəticəsində 3 azərbaycanlı sürücü xəsarət alıb. Xoşbəxtlikdən onların həyatı üçün təhlükə yoxdur. Bir sürücü ambulator müayinə edilib. İki sürücü isə hazırda Xarkov şəhər mərkəzi xəstəxanasında müalicə alır. Rəsmi orqanlar, səfirlik tərəfindən həmin şəxslər diqqətdə saxlanılır.