Cümə , 27 Mart 2026
Drone Cameras

Ukrayna DİN: “Xarkov “Qrad” atəşinə tutulub, onlarla ölən var”

Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub.

Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Andrey Geraşenko feysbukda bildirib.

Məlumata görə, işğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var.

“Bu kabusu bütün dünya görməlidir”, – DİN rəsmisi vurğulayıb.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …