boyukmillet.com xəbər verir ki, Gənclərin Həmrəhliyinə Dəstək İctimai Birliyinin və Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə “Bir Millət İki Dövlət” şuarı altında Qarabağ Azərbaycan Torpağıdır adlı lahiyə çərçivəsində tədbirlər keçirilib. Türkiyə, Gürcüstan və Azərbaycandan şəxsi motosikletləri ilə 50-dən artıq şəxs Bakıdan Cocuq Mərcanlıya yürüş ediblər. BDM sədri dr.İsmayıl Ağayevin saytımıza verdiyi məlumata əsasən,ordumuz tərəfindən azad olunmuş Cocuq Mərcanlı kəndi haqqında qonaqlara geniş məlumat verilib, onlar burada həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olublar, eyni zamanda Türkiyəli və Gürcüstanlı qonaqlara Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilənişğal nəticəsində dəymiş maddi-mənəvi ziyanla bağlı məlumatlandırılmışlar.
Motosikletçilər Horadiz qəsəbəsini ziyarət etdikdən sonra, Mingəçevir şəhərinə doğru hərəkət ediblər.