Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Ukrayna MN: “Rusiyanın 9 minə yaxın hərbçisi ölüb”

Ukraynanın Müdafiə Nazirliyi fevralın 24-dən martın 3-dək olan müddət ərzində Rusiyanın itkiləri barədə məlumat yayıb.

Boyukmillet.com Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu müddətdə hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı qüvvələrinin 9 minə yaxın hərbçisi ölüb.

Məlumata görə, Rusiya ordusu 217 tank, 900 Piyadaların Döyüş Maşını, 90 artilleriya qurğusu, 42 reaktiv atəş sistemi, 30 hərbi təyyarə, 31 hərbi helikopter, 374 hərbi avtomobil, 2 sürət kateri, 60 yanacaq çəni olan avtomobil, 3 əməliyyat-taktik səviyyəli pilotsuz uçuş aparatı itirib.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …