Şənbə , 28 Mart 2026
Drone Cameras

Ali Rada Zelenskinin ümumi səfərbərlik haqqında fərmanını təsdiq edib

Ukrayna Ali Radası prezidentin “Ümumi səfərbərlik haqqında” fərmanını təsdiq edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Parlamentin saytında hələlik neçə deputatın bu qanun layihəsinin qəbulunu dəstəklədiyi barədə məlumat yoxdur, çünki iclas bağlı qapılar arxasında keçib.

Qeyd edək ki, fevralın 25-də Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb.

Bildirilir ki, səfərbərlik bu fərman qüvvəyə mindiyi gündən 90 gün müddətində həyata keçirilir.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …