“Polis və Daxili Qoşunların hərbi qulluqçuları Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək”.
Bunu “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib.
O qeyd edib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb:
“Əmrə əsasən, polis və Daxili Qoşunların hərbi qulluqçuları Novruz bayramı günlərində gücləndirilmiş iş rejimindəki xidmətini davam etdirəcək. Bildiyiniz kimi, polis və Daxili Qoşunların hərbi qulluqçuları pandemiya ilə əlaqədar olaraq, gücləndirilmiş iş rejimində xidmət aparır. Bayram günlərində də gücləndirilmiş iş rejimi davam etdiriləcək. Vətəndaşlarımız bayramını yüksək səviyyədə qeyd etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri gücləndiriləcək. Eyni zamanda, insanların sıx toplaşdığı yerlərdə də nəzarət gücləndiriləcək və nümunəvi xidmət təmin olunacaq”.