Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Azərbaycan generalı Ermənistana xəbərdarlıq edib

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, “Zəfər” ordenli general-leytenant Fuad Rəsulov Ermənistana xəbərdarlıq edib.

Boyukmillet.com-un xəbərinə görə, o, İctimai televiziyanın efirində yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” adlı sənədli filmdə Ermənistan rəhbərliyinə üzünü tutaraq qeyd edib:

“Azərbaycanın, Azərbaycan Ordusunun gücünü siz hiss etdiniz. 44 gün ərzində ölkə başçısının ətrafında xalqın, ordunun necə birləşdiyini, vahid qüvvə olduğunu siz hiss etdiniz. Hesab edirəm ki, bugünkü gündə hər hansı bir hərbi əməliyyatların keçirilməsi, hər hansı bir revanşist ideyalardan çəkinməlisiniz. Unutmalı deyilsiniz ki, “Dəmir yumruq” hələ də öz işini görür və görə bilər”.

Check Also

Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü qeyd edilib

Sentyabrın 26-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mərkəzi aparatında Respublika Hərbi Prokurorluğunun, Bakı Hərbi Prokurorluğunun əməkdaşlarının …