“Fərrux dağının çox böyük strateji əhəmiyyəti var və Ağdam önündə 9 kənd üçün önəmli bir mövqedir. Eyni zamanda gələcəkdə o zonaya tam şəkildə nəzarət üçün əhəmiyyətli yerdir”.
Bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib.
Hərbi ekspert Fərrux yüksəkliyinin həm də mənəvi əhəmiyyəti olduğunu bildirib:
Birinci Qarabağ müharibəsi zamanı Fərrux istiqamətində bizim şəhidlərimiz olub. Ona görə də, Fərrux dağı bizim üçün mənəvi dəyərdir. Xəlil Rzanın oğlu Təbriz də daxil olmaqla biz orada yüzlərlə şəhid vermişik. Həmçinin, orada qazilərimiz də olub. Allah şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa və uzun ömür versin”.
Azərbaycan Ordusunun bu mövqedə möhkəmlənməsinin strateji əhəmiyyətini Emin Həsənli belə dəyərləndirib:
“Lələ təpə qələbənin müjdəsi olduğu kimi, Cocuqmərcanlı azad olunandan sonra orada Şuşa məsçidinin oxşarı inşa edildi və Cocuqmərcanlıdan Şuşa dönüş fikri əsas tutuldu. Naxçıvanda Gümrü əməliyyatının çox böyük əhəmiyyəti oldu. Vətən Müharibəsi zamanı Ermənistandan Qarabağa gedən yola nəzarət idi. Bu əməliyyatın da çox böyük əhəmiyyəti var. Vətən Müharibəsi zamanı BMT-nin 4 qətnaməsini Azərbaycan Respublikasının Ali Baş Komandanı, Azərbaycan Ordusunun bütün hərbi qulluqçuları, Azərbaycan xalqı yerinə yetirdisə, 10 noyabr bəyanatının 4-cü bəndi Rusiya sülhməramlılarına da, Ermənistana da bir mesajdır. Əgər erməni yaraqlıları özləri çıxmasa Azərbaycan Ordusunun əsgəri özü bunu edəcək. Azərbaycan orada anti-terror əməliyyatları keçirəcək. Onlar oradan çıxıb getməlidir. Bu bir mesajdır. Bu bəyanat yerinə yetirilməlidir. Bu Ermənistana da böyük bir mesajdır. Onlar ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da oradan çıxıb getməlidirlər. Bu məsələ uzun çəkə bilməz.
Zamanında Rusiya, Amerikaya, Fransaya, dünya güclərinə arxayın olaraq Qarabağı işğal altında saxlayacaqlarını bəyan edirdilər və fikiriləçirdilər ki, bu belə davam edəcək. Ancaq tam əksi oldu. Azərbaycan öz ordusunun gücünə torpaqları azad etdi. Bu çox zəruri mesajdır. Altından xətt cızaraq qeyd edirəm ki, Ermənistan və onun havadarları gördü ki, orada hansı qüvvənin olmasından asılı olmayaraq, Azərbaycan dövlət maraqlarından 1 addım belə geri çəkilməyəcək. Yəni sülhməramlılara arxayın olaraq erməni silahlı birləçmələri qala bilməz.
Bir dəfə psixi xəstə adıyla Şuşada postumuza qumbara atdılar. Növbəti təxribatda atəş açan hərbi qulluqçuların sərxoş olduqlarını bildirdilər. Dəfələrlə diversiya hərəkatı həyata keçirdilər. Bütün hadisələrin qarşısı alınıb. Orada Azərbaycan ərazisidir və Azərbaycan bayrağı asılmalıdır. Xankəndində, Xocalıda, Ağdərədə də belə olmalıdır. Bunun alernativi yoxdur. Amerika Suriya öz milli maraqlarını yerinə yetirir, Rusiya Suriyada və Ukraynada bu prosesi həyata keçirir. Biz öz ərazimizdə öz milli maraqlarımızı həyata keçirə bilmərik?! Öz əhalimizin, hərbi qulluqçularımızın, ərazilərimizin təhlükəsizliyini təmin edə bilməz? Azərbaycan Ordusu, polisi, əhalisi öz suverən ərazisində istədiyi yerə gedə bilər. Bunu Dünya Birliyi alqışlamaq əvəzinə qarşı çıxır. Rusiya və Frananın bəyanatlarına nəzər salırsan və elə bil bir adam yazıb. Ukraynada qarşı- qarşıya gələnlər burada başqa mövqe qoyurlar və çıxış edirlər. Bu yol verilməzdir.
Azərbaycan xalqı Fərrux istiqamətində atılan alqışlayır və dəstəkləyir. Bunun davam etməsini istəyir. Azərbaycan Prezidenti nəyi, nə zaman, necə edəcəyini yaxşı bilir. Prezident xalqa arxayındır və xalq da öz növbəsində onu dəstəkləyir. Bu digər qələbələrin müjdəsidir”.