Bazar ertəsi , 8 İyul 2024
Drone Cameras

Qubada yarım kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Elman Qaraxanov saxlanılıb.

Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman külli miqdarda – yəni, ümumi çəkisi yarım kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Check Also

Nizami rayonunda avtomobillər toqquşub, 23 yaşlı qız xəsarət alıb

Bakının Nizami rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, …